Aleksey Kaşuk: “Çempionlar Liqasındakı nağılımız davam edir”

Əziz Əzizli
Aleksey Kaşuk: “Çempionlar Liqasındakı nağılımız davam edir”

“Çox inanılmaz bir oyun idi, inanılmaz dəstək gördük. Həqiqətən, Çempionlar Liqasındakı nağılımız davam edir. Əlimizdən gələni edəcəyik ki, azarkeşlərimizi daha çox sevindirək”.

Operativ Media xəbər verir ki, bu sözləri “Qarabağ”ın ukraynalı yarımmüdafiəçisi Aleksey Kaşuk “Kopenhagen”lə oyundan sonra verdiyi müsahibəsində deyib.

O, şəxsi performansı barədə danışmaq istəmədiyini vurğulayıb:

“Özüm haqda çox danışmaq istəmirəm. Komandanın son iki oyundakı çıxışı yüksək səviyyədə idi. Biz bunun üçün çalışırıq, bunun üçün məşq edirik ki, hər şey alınsın. Komandada hər şey yolunda gedirsə, bizdə də hər şey qaydasında olur”.

Futbolçu əlavə edib ki, hər oyundan sonra onlara olan inam və gözləntilər artır:

“Oyundan-oyuna bizdən gözləntilər daha da çoxalır. İlk qələbədən sonra bu gözləntilər vardı. Təbii ki, hələ çempionat oyunu qarşıdadır. ‘Atletik’lə matça qədər vaxtımız var. Məşqçi heyətimiz bizə əlavə məlumat verəcək”.

Digər xəbərlər