"Qarabağ" və "Qalatasaray" ilk 10-luqda

Əziz Əzizli
"Qarabağ" və "Qalatasaray" ilk 10-luqda

UEFA Çempionlar Liqasının əsas mərhələsində II turun oyunlarını stadionlardan izləyən azarkeşlərin sayı bəlli olub.

Operativ Media-nın məlumatına görə, Bakıda "Qarabağ" və Danimarkanın "Kopenhagen" komandaları arasında keçirilmiş matçda bu göstəricidə 10-cu olub.

Tofiq Bəhramov adına Respublika Stadionundakı qarşılaşmada 30250 tamaşaçı qeydə alınıb.

Türkiyə təmsilçisi "Qalatasaray"ın evdə İngiltərənin "Liverpul" klubuna qarşı keçirdiyi görüşü tribunadan 50207 fanat izləyib. Bu görüş isə altıncı sıradadır.

Qeyd edək ki, "Qarabağ" "Kopenhagen"i 2:0, "Qalatasaray" "Liverpul"u 1:0 hesabı ilə üstələyib.

Digər xəbərlər