"Nyukasl"ın müdafiəçisi Valentino Livramento diz bağlarından zədə aldığı üçün 6-8 həftə yaşıl meydanlardan kənarda qalacaq.
Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
Mənbənin bildirdiyinə görə, 22 yaşlı ingilisin bağları yırtılmayıb, lakin zədə hələ də ciddi hesab olunur. O, Premyer Liqanın 6-cı turunun “Arsenal”la oyununda (1:2) zədələnib və 77-ci dəqiqədə əvəzlənib.
2025/26 mövsümündə Livramento bütün yarışlarda səkkiz matçda iştirak edib. Onun müqaviləsi 30 iyun 2028-ci ilə qədərdir.