Futbol əfsanəsi Zinəddin Zidanın oğlu Luka Zidan ilk dəfə Əlcəzair millisinin heyətinə çağırılıb.
Operativ Media xəbər verir ki, 27 yaşlı qapıçı 2014–2018-ci illərdə Fransanın aşağı yaş qruplarında çıxış edib. Bu ilin sentyabrında isə idman vətəndaşlığını dəyişərək atasının vətəni olan Əlcəzairi seçib.
Luka Zidan Afrika Millətlər Kubokunun seçmə mərhələsində Somali və Uqandaya qarşı oynaya bilər.