MDB Oyunları: Azarbaycanın bir güləşçisi ilk gündə qızıl medal qazanıb
Əziz Əzizli
Azərbaycanın ilk dəfə ev sahibliyi etdiyi III MDB Oyunlarının güləş yarışlarında ilk gün başa çatıb.
Operativ Media xəbər verir ki, Gəncə Olimpiya İdman Kompleksində təşkil olunan yarışların birinci günündə Azərbaycan təmsilçisi Nihad Abasov (71 kiloqram) qızıl medal qazanıb.
Nəzrin Əhmədli (46 kiloqram), Hacıhüseyn Əhmədzadə (51 kiloqram), Rəşid Nəzərov (60 kiloqram) gümüş, Xədicəxanım Talıbova (53 kiloqram), Hüseyn Rzazadə
(45 kiloqram) və Amin Abasov (92 kiloqram) bürünc medal əldə ediblər.
Xatırladaq ki, 13 ölkədən ümumilikdə 1624 idmançının iştirak etdiyi III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq.
Teqlər:
"MDB Oyunlar\u0131: Azarbaycan\u0131n bir g\u00fcl\u0259\u015f\u00e7isi ilk g\u00fcnd\u0259 q\u0131z\u0131l medal qazan\u0131b"