Menyu

"Kopenhagen"in müdafiəçisi: "İlk hissədə "Qarabağ"la ayaqlaşa bilmədik"

Əziz Əzizli
"Kopenhagen"in müdafiəçisi: "İlk hissədə "Qarabağ"la ayaqlaşa bilmədik"

"Kopenhagen"in müdafiəçisi Lukas Lerager Çempionlar Liqasının 2-ci turunun "Qarabağ"a qarşı Bakıda keçirilmiş oyunundan danışıb.

Operativ Media "Campo"ya istinadən xəbər verir ki, Danimarka klubunun 32 yaşlı futbolçusu paytaxtımızdakı məğlubiyyətə görə məyus olduğunu gizlətməyib:

"İlk hissədə "Qarabağ"la ayaqlaşa bilmədik. Həqiqətən hər şey pis vəziyyətdə idi. Fasilədə hər şeyi dəyişdik və heyətimizdə müəyyən yerdəyişmələr də etdik. İkinci hissədə üstün olduq, amma onlar bir əks-hücum keçirib matçı başa vurdular. Bu, əsl biabırçılıqdır. İlk hissədəki çıxışımızı tənqid etmək lazımdı. Sadəcə bu, oynamalı olduğumuz səviyyədir. Təəssüf ki, qol şanslarımız olsa da, onlardan istifadə edə bilmədik".

Teqlər:

"\"Kopenhagen\"in m\u00fcdafi\u0259\u00e7isi: \"\u0130lk hiss\u0259d\u0259 \"Qaraba\u011f\"la ayaqla\u015fa bilm\u0259dik\""

Əlaqəli Xəbərlər