"Marsel" "Real"ın hücumçusu Endriki icarəyə götürməkdə maraqlıdır.
Operativ Media xəbər verir ki, bu haqda "Le10Sport" məlumat yayıb.
Mənbənin sözlərinə görə, transfer qış transfer pəncərəsi zamanı baş tuta bilər. 19 yaşlı braziliyalı oyun vaxtı ilə maraqlanır, lakin o, 2025/26 mövsümündə bir dəqiqə belə oynamayıb.
Endrikin Madrid klubu ilə müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.