"Barselona" Arauxonun satışından 40 milyon avro qazanmaq istəyir

Əziz Əzizli
"Barselona" Arauxonun satışından 40 milyon avro qazanmaq istəyir

"Barselona" müdafiəçi Ronald Arauxo üçün yeni klub tapmağa və qış transfer pəncərəsində müqaviləni tamamlamağa ümid edir.

Operativ Media bu barədə "Fichajes"ə istinadən xəbər verir.

Mənbənin məlumatına görə, ispan klubu 26 yaşlı uruqvaylı üçün təxminən 40 milyon avro almaq niyyətindədir.

Eyni zamanda, Sport.es-in məlumatına görə, futbolçu 2026-cı ilin yayında klubu tərk etməkdən imtina edib - o, 30 iyun 2031-ci ilə qədər olan müqavilə ilə "Barselona"da oynamağı planlaşdırdığını "Çelsi", "Liverpul", "Tottenhem" və "Yuventus"a bildirib.

2025/26 mövsümündə Arauxo bütün yarışlarda 7 matçda 1 qol vurub.

"Transfermarkt" futbolçunun transfer dəyərini 35 milyon avro qiymətləndirir.

Digər xəbərlər