Menyu

"Zirə" ilə oyun Emin Mahmudov üçün əlamətdar olub

Əziz Əzizli
"Zirə" ilə oyun Emin Mahmudov üçün əlamətdar olub

Azərbaycan Premyer Liqasının VII turu “Neftçi”nin futbolçusu Emin Mahmudov üçün əlamətdar olub.

Operativ Media xəbər verir ki, o, 200-cü dəfə oyuna “ağ-qaralar”ın kapitanı kimi çıxıb. Yarımmüdafiəçinin yubileyində komandası “Zirə” ilə məhsuldar heç-heçə edib – 2:2.

Emin ilk dəfə 2017/18 mövsümündə “Neftçi”nin kapitanı kimi meydana çıxıb. O, Premyer Liqada 161, ölkə kubokunda 15, avrokuboklarda 24 görüşə sarğı ilə başlayıb.

Qeyd edək ki, Mahmudov “ağ-qaralar”ın heyətində ümumilikdə 262 oyun keçirib.

Teqlər:

"\"Zir\u0259\" il\u0259 oyun Emin Mahmudov \u00fc\u00e7\u00fcn \u0259lam\u0259tdar olub"

Əlaqəli Xəbərlər