Menyu

"Sabah"ın futbolçusunun zədəsinin son vəziyyəti bəlli oldu

Əziz Əzizli
"Sabah"ın futbolçusunun zədəsinin son vəziyyəti bəlli oldu

Milsi Premyer Liqasının 7-ci turunda “Karvan-Yevlax”la oyunda zədə alan hücumçu tam tibbi müayinədən keçib.

Operativ Media xəbər verir ki, klubun mətbuat xidməti hücumçunun zədəsinin vəziyyəti ilə bağlı açıqlama yayıb.

“Karvan-Yevlax”la oyunda zədə alan futbolçumuz Coy-Lens Mikels tam tibbi müayinədən keçib. Müayinənin nəticələrinə əsasən, futboloçunun daxili orqanlarında hər hansı ciddi zədə və ya daxili qanaxma halı aşkarlanmayıb. Həkimlərin rəyinə əsasən, futbolçumuza qabırğa əzilməsi diaqnozu qoyulub. Mikelsin bərpa müddəti növbəti günlərdə müəyyən ediləcək”.

Teqlər:

"\"Sabah\"\u0131n futbol\u00e7usunun z\u0259d\u0259sinin son v\u0259ziyy\u0259ti b\u0259lli oldu"

Əlaqəli Xəbərlər