Menyu

Fransa millisinin heyətində dəyişiklik edildi

Əziz Əzizli
Fransa millisinin heyətində dəyişiklik edildi

Fransa millisinin heyətində dəyişiklik edilib. "Lens"in hücumçusu Florian Thauvin PSJ-nin zədəli hücumçusu Bredli Barkolun yerinə çağırılıb.

Operativ Media xəbər verir ki, bu haqda Fransa Futbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Otuz iki yaşlı Thauvin 2025/26 mövsümündə yeddi matçda iki qol vurub. O, 2027-ci ilin iyununda milli komandada debüt edib, 10 matçda 1 qol vurub və 1 məhsuldar ötürmə edib. Hücumçu sonuncu dəfə 2019-cu ilin iyununda millinin heyətində meydana çıxıb.

Fransa millisi DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində oktyabrın 10-da Azərbaycanla evdə , oktyabrın 13-də isə İslandiya ilə səfərdə qarşılaşacaq.

Teqlər:

"Fransa millisinin hey\u0259tind\u0259 d\u0259yi\u015fiklik edildi"

Əlaqəli Xəbərlər