Ana səhifə / İdman / III MDB Oyunları: Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək III MDB Oyunları: Bu gün 4 idman növü üzrə yarışlar keçiriləcək 07.10.2025, 08:29 Şəfa Hüseynli Bu gün Azərbaycanın ev sahibliyi etdiyi III MDB Oyunları çərçivəsində 4 idman növü üzrə yarışlar keçiriləcək. Operativ Media xəbər verir ki, Şəkidə çövkən üzrə final matçında Azərbaycan və Özbəkistan milliləri üz-üzə gələcək. Bu şəhərdə bədii gimnastika yarışı da keçiriləcək. Gəncə Olimpiya İdman Kompleksində yunan-Roma güləşi üzrə yarışın medalçıları bəlli olacaq. Gəncə İdman Sarayında isə qılıncoynatma yarışlarının qalibləri müəyyənləşəcək. Qeyd edək ki, III MDB Oyunlarına oktyabrın 8-də yekun vurulacaq. Teqlər: "III MDB Oyunlar\u0131: Bu g\u00fcn 4 idman n\u00f6v\u00fc \u00fczr\u0259 yar\u0131\u015flar ke\u00e7iril\u0259c\u0259k"