Menyu

Azərbaycan şahmatçıları Avropa Çempionatında növbəti xalları qazandı

Əziz Əzizli
Azərbaycan şahmatçıları Avropa Çempionatında növbəti xalları qazandı

Avropa Çempionatında komandalar arasında keçirilən II turun oyunları başa çatıb.

Operativ Media xəbər verir ki, Kişilər arasında Azərbaycan – Çexiya görüşü 2:2 hesabı ilə başa çatıb. Şah Məmmədyarov (2742) Çexiya təmsilçisi Tha Dai Van Nyuqeni (2664) məğlub edib. Çexiyadan David Navara (2656) isə Rauf Məmmədova (2655) qalib gəlib. Aydın Süleymanlı (2614) Vaclav Finek (2518) ilə, Məhəmməd Muradlı (2584) isə Riçard Stalmaç (2410) ilə heç-heçə oynayıb.

Qadınlar arasında Azərbaycan millisi Macarıstanı 2,5:1,5 hesabı ilə məğlub edib. Ülviyyə Fətəliyeva (2410) Zsoka Qalı (2395) məğlub edib, Xanım Balcayeva (2351) Davademberel Nomin-Erdeneyə (2306) uduzub. Gövhər Beydullayeva (2362) Petra Papp (2267) ilə heç-heçə edib, Ayan Allahverdiyeva (2220) isə Yulianna Terbeni (2206) məğlub edib.

Teqlər:

"Az\u0259rbaycan \u015fahmat\u00e7\u0131lar\u0131 Avropa \u00c7empionat\u0131nda n\u00f6vb\u0259ti xallar\u0131 qazand\u0131"

Əlaqəli Xəbərlər