Bu gün Çexiyanın Ostrava şəhərində gənclər arasında keçirilən boks üzrə Avropa çempionatında Azərbaycan millisinin üç idmançısı yarımfinal mərhələsində qüvvəsini sınayacaq.
Operativ Media xəbər verir ki, ilk olaraq 48 kq çəki dərəcəsində Banuçiçək Nəsirli A rinqində italiyalı Amelya Sula ilə üz-üzə gələcək.
Eyni sessiyada 50 kq çəki dərəcəsində çıxış edən Bilalhəbəşi Nəzərov isə 7-ci döyüşdə rumıniyalı Lonut Razvan Panainte ilə qarşılaşacaq.
Axşam sessiyasında (saat 20:00-da) 60 kq çəki dərəcəsində mübarizə aparan Sübhan Babayev A rinqində gürcü idmançı Luka Çxikvadze ilə finala vəsiqə uğrunda döyüşəcək.
Yarış Avropa Boks Federasiyasının (ABF) təşəbbüsü ilə təşkil olunur.