Roderik Miller: Mənə olan güvənə görə "Turan Tovuz"a minnətdaram
Əziz Əzizli
"Turan Tovuz"la müqavilə müddətini artıran Panama millisinin üzvü Roderik Miller bununla bağlı paylaşım edib.
Operativ Media-nın məlumatına görə, o, bununla bağlı instaqram səhifəsində etdiyi paylaşımda kluba təşəkkürünü bildirib:
"Turan Tovuz”la müqaviləmi artırdığım üçün çox şadam. Mənə olan güvənə görə kluba minnətdaram. Eyni ehtiras və məqsədlərlə davam edəcəyik. Çətinlik, sabitlik və inam mənim yolum üçün daha bir addımdır".
2022/2023 mövsümündən “Turan Tovuz”da oynayan Millerin son müqaviləsi 2026-cı il iyunun 30-na qədər idi. O, sözləşməsini 1+1 il müddətinə artırıb.
Teqlər:
"Roderik Miller: M\u0259n\u0259 olan g\u00fcv\u0259n\u0259 g\u00f6r\u0259 \"Turan Tovuz\"a minn\u0259tdaram"