III MDB Oyunları: Azərbaycanın Yunan-roma güləşçiləri 3 qızıl medal qazandılar

Əziz Əzizli
III MDB Oyunları: Azərbaycanın Yunan-roma güləşçiləri 3 qızıl medal qazandılar

Bu gün Gəncə Olimpiya İdman Kompleksində III MDB Oyunları çərçivəsində yunan-Roma güləşi üzrə yarışlarına yekun vurulub.

Operativ Media xəbər verir ki, 10 çəki dərəcələri üzrə qaliblər bəlli olub.

Azərbaycanı təmsil edən altı güləşçi medal qazanıb. Elşad Abbasov (51 kq), Əli Nəzərov (60 kq) və İslam Sultanov (71 kq) çempion olublar.

 

Yusif Mirzəyev (48 kq) və Nicat Yeylaqaliyev (80 kq) – gümüş, Hikmət Haqverdiyev (55 kq) isə bürünc medal qazanıblar.

Digər xəbərlər