Ana səhifə / İdman / Bu gün III MDB oyunlarına yekun vurulacaq Bu gün III MDB oyunlarına yekun vurulacaq 08.10.2025, 08:06 Şəfa Hüseynli Azərbaycanda təşkil olunan III MDB Oyunlarına bu gün yekun vurulacaq. Operativ Media xəbər verir ki, yarışda sonuncu medalçılar müəyyənləşəcək. Şəkidə bədii gimnastlar mübarizə aparacaq. Saat 19:00-da isə Gəncə stadionunda turnirin bağlanış mərasimi baş tutacaq. Qeyd edək ki, yarışa 13 ölkədən 1 624 idmançı və 2 337 nümayəndə qatılıb. Turnirdə Azərbaycanı 340, Pakistanı 4, Rusiyanı 262, Özbəkistanı 254, Belarusu 240, Qazaxıstanı 147, Tacikistanı 144, Qırğızıstanı 126, Türkmənistanı 48, Türkiyəni 38, Kubanı 11, Küveyti 6, Omanı isə 4 idmançı təmsil edir. Teqlər: "Bu g\u00fcn III MDB oyunlar\u0131na yekun vurulacaq"