28 Fevral 2023, 19:02
Blinken: "ABŞ Qazaxıstanda elan olunan islahatları dəstəkləyir"
Blinken: "ABŞ Qazaxıstanda elan olunan islahatları dəstəkləyir" şəkil
Blinken: "ABŞ Qazaxıstanda elan olunan islahatları dəstəkləyir"

"ABŞ Qazaxıstanda elan olunan islahatları dəstəkləyir".

"Operativ Media" xəbər verir ki, bunu Astanada səfərdə olan ABŞ dövlət katibi Entoni Blinken deyib.

"ABŞ və Qazaxıstan arasında tərəfdaşlıq inkişaf etməkdə davam edir. ABŞ Qazaxıstanın müstəqilliyini tanıyan ilk ölkədir və biz bu mövqeyə sadiq qalmağa davam edirik. Mən bir daha vurğuladım ki, digər ölkələr kimi, Qazaxıstan da öz gələcəyini müstəqil şəkildə müəyyən edə bilər. ABŞ Qazaxıstanın elan etdiyi islahatlar proqramını güclü şəkildə dəstəkləyir. Biz konkret addımlar gözləyirik", - o bildirib.

Blinken Astananda digər Mərkəzi Asiya ölkələrinin XİN başçıları ilə də görüşündə ABŞ-ın bu regiondakı ölkələrin müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bildirib.

Blinken Mərkəzi Asiya ölkələrinə ticarət yollarını şaxələndirməyə və bu ölkələrdə iş yerləri yaratmağa kömək etmək üçün ABŞ-ın sentyabr ayında elan etdiyi 25 milyon dollara əlavə olaraq daha 25 milyon dollarlıq yeni maliyyə dəstəyi elan edib.

Son xəbərlər
Prezidentin Sərəncamı 2 469 şəxsə şamil olunacaq
Paytaxtda daha bir küçədə xüsusi hərəkət zolağı təşkil olunub
Sumqayıt Tekstil Fabrikində zəhərlənənlərin sayı artıb - YENİLƏNİB
XİN sözçüsü: Çin və Azərbaycan strateji tərəfdaşdır
Mikayıl Cabbarov Çinin "PowerChina Group" şirkətinin prezidenti ilə görüşüb
Yağış yağacaq, şimşək çaxacaq
Göygöldə 43 yaşlı kişi dəm qazından boğulub
Orxan Fikrətoğlu mədəniyyət nazirinə müşavir təyin olunub