Ana səhifə / Dünya / Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb 28.02.2023, 19:15 Rusiya Prezidenti Vladimir Putin “Strateji Hücum Silahlarının azaldılması Müqaviləsi”ndə (START-3) iştirakın dayandırılması barədə qanun imzalayıb. "Operativ Media" xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Qeyd edək ki, Putin fevralın 21-də Rusiyanın START müqaviləsindən çıxdığını bəyan edib. Rusiya Prezidenti bildirib ki, ABŞ Rusiyanın müqavilə ilə bağlı müraciətlərini rədd edir. ABŞ Prezidenti Cozef Bayden bu qərarı böyük səhv hesab edib. Müqavilə Rusiya və ABŞ arasında bağlanıb, o, hər iki ölkənin nüvə arsenallarının azaldılmasını nəzərdə tutur. Teqlər: "Putin Rusiyanın START müqaviləsində iştirakını dayandıran qanunu imzalayıb"
14.02.2026, 23:50 Alim Nəbiyev Batumidə beynəlxalq turnirdə MMA üzrə ardıcıl üçüncü qələbəsini qazanıb