Menyu

Mikayıl Cabbarov MDB oyunlarında uğur qazanan güləşçiləri təbrik edib

Nərmin Qocamanlı
Mikayıl Cabbarov MDB oyunlarında uğur qazanan güləşçiləri təbrik edib
1 dəq oxu

Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov MDB oyunlarında uğur qazanan güləşçiləri təbrik edib.

Operativ Media xəbər verir ki, bu barədə o, öz "X" hesabında paylaşım edib.

Paylaşımda deyilir:

"Azərbaycanda keçirilən III MDB Oyunlarında güləşçilərimiz uğurlu nəticələr əldə ediblər.

Yarışlarda iştirak edən 27 güləşçidən 20-si 5 qızıl, 6 gümüş və 9 bürünc olmaqla medallar qazanıb.

İdmançılarımızı, onların məşqçilərini və bütün komandanı bu nailiyyət münasibətilə səmimi-qəlbdən təbrik edir, gələcək yarışlarda onlara davamlı uğurlar arzulayırıq".

Əlaqəli Xəbərlər