01 Mart 2023, 09:12
Yunanıstanda iki qatar toqqusub, 32 nəfər həlak olub - YENİLƏNİB
Yunanıstanda iki qatar toqqusub, 32 nəfər həlak olub - YENİLƏNİB şəkil
Yunanıstanda iki qatar toqqusub, 32 nəfər həlak olub - YENİLƏNİB

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 32 nəfərə çatıb.

“Report” xəbər verir ki, bu barədə yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vasilis Vatrakoyannis bildirib.

Onun sözlərinə görə, qəzada ən azı 85 nəfər xəsarət alıb, onlar xəstəxanalara çatdırılıblar.

 

***

07:32

Yunanıstanın şimalında sərnişin və yük qatarlarının toqquşması nəticəsində həlak olanların sayı 26 nəfərə çatıb.

"Operativ Media" TASS-a istinadla xəbər verir ki, bu barədə ERT NEWS xəbər kanalının efirində yanğınsöndürmə xidmətinin rəsmi nümayəndəsi Vassilis Vatrakoyannis bildirib.

Onun sözlərinə görə, Yunanıstanın Larisa şəhəri yaxınlığında sərnişin qatarı ilə yük qatarının toqquşması nəticəsində ölənlərin sayı 26-ya çatıb, 85 nəfər xəsarət alıb.

"Təsdiq olunmuş məlumata görə, hazırda 26 nəfərin cəsədi çıxarılıb. Ən azı 85 nəfər xəsarət alıb, onlar xəstəxanalara çatdırılıblar. Hadisə yerinə 150 yanğınsöndürən, 40 təcili tibbi yardım maşını və 15 patrul maşını ilə 32 polis əməkdaşı cəlb olunub", - deyə qeyd olunur.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib