DÇ-2026: Azərbaycan millisi bu gün növbəti oyununu keçirəcək
Şəfa Hüseynli
Azərbaycan millisi bu gün dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirəcək.
Operativ Media xəbər verir ki, D qrupunda yer alan Ayxan Abbasovun rəhbərlik etdiyi komanda Polşada Ukrayna yığması ilə qarşılaşacaq.
"Krakoviya" stadionunda, Bakı vaxtı ilə saat 22:45-də start götürəcək görüşü avstriyalı FIFA referisi Sebastyan Qishamer idarə edəcək.
Qeyd edək ki, Ukrayna seçməsi 4 xalla turnir cədvəlində ikinci pillədə qərarlaşıb. Fransa 9 xalla lider, İslandiya isə 3 xalla üçüncüdür. Azərbaycan millisinin bir xalı var.
Teqlər:
"D\u00c7-2026: Az\u0259rbaycan millisi bu g\u00fcn n\u00f6vb\u0259ti oyununu ke\u00e7ir\u0259c\u0259k"