Azərbaycan millisinin futbolçusu Renat Dadaşovun DÇ-2026-nın seçmə mərhələsinin 4-cü turunda Ukraynaya qarşı oyunda (1:2) iştirak etməməsinin səbəbi məlum olub.
"Operativ Media" Azerisport.com-a istinadən xəbər verir ki, 26 yaşlı hücumçu Fransa ilə matçın ikinci hissəsində meydana buraxılmalı imiş.
Amma taktiki səbəblərə görə, onun əvəzinə başqa futbolçu oyuna daxil edilib.
Bu qərar Dadaşovun xoşuna gəlməyib. Polşanın "Motor" klubunda çıxış edən və hazırda yaxşı formada olmayan forvard narazılığını baş məşqçi Ayxan Abbasova bildirib.
Nəticədə Dadaşovun adı Ukrayna ilə görüşün iştirak ərizəsinə daxil edilməyib.
Hücumçunun millinin növbəti oyunlarına dəvət alıb-almayacağı sual altındadır.