"Yuventus" "Fənərbağça"nın müdafiəçisi Milan Şkrinyarı transfer etmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu haqda "Gazzetta dello Sport" məlumat yayıb.
Mənbənin məlumatına görə, 30 yaşlı sloveniyalı zədəli müdafiəçi Bremerin əvəzləyicisi kimi nəzərdən keçirilir.
Şkrinyar 2025-ci ilin iyul ayından "Fənərbağça"da çıxış edir. O, 2025/26 mövsümündə 14 matçda 1 qol vurub. Onun müqaviləsi 30 iyun 2029-cu ilə qədərdir.
"Transfermarkt" futbolçunun transfer dəyərini 12 milyon avro qiymətləndirir.