"Neftçi"nin futbolçusu 3 oyunluq cəzalandırıldı

Əziz Əzizli
"Neftçi"nin futbolçusu 3 oyunluq cəzalandırıldı

AFFA İntizam Komitəsi Yüksək Qızlar Liqasında çıxış edən "Neftçi" və "Şəfa" klublarının futbolçularının cəzalarını açıqlayıb.

Operativ Media xəbər verir ki,"Neftçi"nin futbolçusu Coşqunə Əliyeva "Liman"la görüşdə rəqibi Mələk Hacıyevaya qarşı təcavüzkar davranışa görə qırmızı vərəqə aldığı üçün 3 oyunluq diskvalifikasiya edilib.

"Şəfa"dan isə Natella Məmmədova "Baku Juniors"la matçda eyni hərəkətinə görə 3 matçlıq cəza alıb.

Digər xəbərlər