"Səbail" "Zaqatala"nı məğlub etdi

Əziz Əzizli
"Səbail" "Zaqatala"nı məğlub etdi

Bu gün I Liqada 5-ci tur start götürüb.

Operativ Media xəbər verir ki, turun ilk qarşılaşması “ASCO Arena”da “Səbail” PFK ilə “Zaqatala” kollektivləri arasında baş tutub. Elvin Məmmədovun rəhbərlik etdiyi komanda Kamran Quliyevin 84-cü dəqiqədə vurduğu yeganə qolla 1:0 hesablı qələbə qazanıb.

Qeyd edək ki, “Səbail” PFK 5 turdan sonra 4 qələbə və 1 heç-heçəlik nəticə ilə aktivinə 13 xal yazdırıb. "Dənizçilər" 6-cı turda liqadakı əsas rəqibi olan “Şəfa”nın qonağı olacaq. Oktyabrın 23-də Binə qəsəbə stadionunda keçiriləcək qarşılaşma saat 14:00-da start götürəcək.

I Liqa, 5-ci tur

“Səbail” - “Zaqatala” 1:0

Qol: Kamran Quliyev, 84.

Digər xəbərlər