Menyu

"Sabah" Almaniya klubuna məğlub oldu

Əziz Əzizli
"Sabah" Almaniya klubuna məğlub oldu
1 dəq oxu

“Sabah” basketbol klubu FIBA Çempionlar Liqasının əsas mərhələsində növbəti matçına çıxıb.

Operativ Media xəbər verir ki, Rimas Kurtinaytisin baş məşqçisi olduğu kollektiv Bakıda “Alba” (Almaniya) ilə üz-üzə gəlib. Görüş rəqibin qələbəsiylə başa çatıb – 85:76.

B qrupunda yer alan Bakı klubu ilk görüşdə Çexiya təmsilçisi “Nimburk”a 65:93 hesabı ilə məğlub olub.

Komanda növbəti matçını oktyabrın 29-da səfərdə Fransa təmsilçisi “Elan”a qarşı keçirəcək.

Əlaqəli Xəbərlər