Qattuzo: "İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanmasa, ölkəni tərk edəcəm"

Əziz Əzizli
Qattuzo: "İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanmasa, ölkəni tərk edəcəm"

"İtaliya millisi 2026-cı il dünya çempionatına vəsiqə qazanmasa, ölkəni tərk edəcəm".

Operativ Media xəbər verir ki, bu sözləri İtaliya millisinin baş məşqçisi Cennaro Qattuzo deyib.

O, komandasının 2026-cı il dünya çempionatına vəsiqə qazanacağına əmindir.

"İtaliya 2026-cı il Dünya Çempionatına vəsiqə qazanmasa, ölkəni tərk edəcəm. Mən artıq kifayət qədər uzaqda yaşayıram, amma daha da irəli gedəcəyəm", - deyə o bildirib.

İtaliya 2014-cü ildən dünya çempionatında iştirak etmir. 2026-cı il dünya çempionatının seçmə turnirində italyanlar 6 oyundan 15 xal toplayaraq I qrupunda ikinci yerdədirlər.

Digər xəbərlər