İngiltərə millisinin baş məşqçisi Tomas Tuxel "Real Madrid"in yarımmüdafiəçisi Cud Bellinqemlə millinin noyabr ayında keçiriləcək oyunları ilə bağlı danışacağını bildirib.
Operativ Media xəbər verir ki, bu haqda "Sky Sports" məlumat yayıb.
"Bellinqemlə danışacağam. Düşünürəm ki, niyə də olmasın? Əlbəttə. O, ən yaxşı oyunçudur, vacib oyunçudur. Məndən mesaj alan, lakin təlim-məşq toplanışında olmayanlar da daxil olmaqla, bir çox oğlanlarla danışacağam, çünki təkcə hazırda komandada olanlarla deyil, digər oyunçularla da əlaqə saxlamaq vacibdir".
Tuxel həmçinin qeyd edib ki, o, heç bir oyunçuya bağlanmaq istəmir və medianın Bellinqemə həddindən artıq diqqət yetirdiyinə inanır.
Oktyabr ayında Bellinqem Uels və Latviyanı məğlub edən İngiltərə yığmasından kənarda qalıb.