Vaqif Cavadov "Tvente" klubunda təcrübə keçib

Əziz Əzizli
Vaqif Cavadov "Tvente" klubunda təcrübə keçib

“Sumqayıt” FK-nın əvəzedicilərdən ibarət komandasının baş məşqçisi Vaqif Cavadov “PRO” kateqoriyalı məşqçilik kursları çərçivəsində Niderlandın “Tvente” klubunda təcrübədə olub.

Operativ Media xəbər verir ki, səfər zamanı həm əsas komandanın, həm də “Tvente” akademiyasının məşqlərini izləyən Cavadov bu əsnada komandanın bir sıra rəsmiləri – komandanın baş məşqçisi Con van den Brom, klubun inkişaf direktoru Rob Bodre, skaut Vud Brama, akademiyanın futbolun inkişaf departamentinin rəhbəri Bas van Baar həmçinin klubun meneceri Yan van Staa ilə görüşüb, onlarla bir sıra məsələlərdə fikir mübadiləsi aparıb.

Digər xəbərlər