Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi vəzifəsinə Luka Qabrilo təyin olunub.
Operativ Media 15 ildən artıq təcrübəyə malik 44 yaşlı isveçrəli mütəxəssis öncə İsveçrə, ABŞ, İsrail, Rumıniya, Çexiya, Filippin və Avstraliyada çalışıb. Rəhbərliyi altında Avropa və dünya çempionatlarında fərdi idmançılar və yığmalar medallara yiyələnib, Olimpiya Oyunlarında finallara vəsiqə qazanıb.