01 Mart 2023, 14:06
Ağcabədidə 5 mədəniyyət müəssisəsi rəhbərinə töhmət verilib
Ağcabədidə 5 mədəniyyət müəssisəsi rəhbərinə töhmət verilib şəkil
Ağcabədidə 5 mədəniyyət müəssisəsi rəhbərinə töhmət verilib

Mədəniyyət Nazirliyinin Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən 5 müəssisə rəhbərinə töhmət verilib.

"Operativ Media" xəbər verir ki, bununla bağlı idarə rəisi Qalib Həsənov əmr imzalayıb.

Əmrlə Yaqub Məmmədov adına Ağcabədi rayon Mədəniyyət Mərkəzinin direktoru Odər Ağayevə, Ağcabədi rayon Kəhrizli kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Elvin Məmmədova, Ağcabədi rayon Boyat kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Şahnaz Əhmədova, Laçın rayon Mədəniyyət Mərkəzinin direktoru Sadıx Axundova, Laçın rayon Şəmkənd kənd uşaq musiqi məktəbinin direktor vəzifəsini müvəqqəti icra edən Qəmər Hüseynovaya töhmət verilib.

Onlara töhmət verilməsinə səbəb isə "Əmək və Məşğulluq" altsistemində (ƏMAS) əməkdaşların əmək müqaviləsi bildirişlərinin icrasına vaxtında va düzgün qaydada yerinə yetirilməsinə nəzarət, eyni zamanda işdən azad edilmiş əməkdaşların xitam əmrləri haqqında məlumatları qanunda nəzərdə tutulmuş müddət ərzində sistemə daxil etməmələri olub.

Son xəbərlər
Suqovuşanda yaşayış kompleksi istifadəyə verilib - YENİLƏNİB
Rusiyada Mİ-28 helikopteri qəzaya uğrayıb
Prezident: "Biz tarixi ədaləti bərpa etməli idik"
Putin Trampla telefon danışığını bitirib - YENİLƏNİB
İlham Əliyev: İkinci Dünya müharibəsindən sonra Azərbaycan qədər birmənalı və tam qələbə heç kim tərəfindən qazanılmayıb
Prezident: Şadam ki, artıq Suqovuşan kəndində də keçmiş köçkünlər yerləşirlər
Azərbaycan Ordusunun mövqeləri atəşə tutulub
"İçərişəhər" stansiyasında retro vaqonların nümayişinə başlanılacaq