http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Hərbi İnstitutda şəhidlərin Xatirə kompleksinin açılışı olub

01 Mart 2023 , 15:49
Hərbi İnstitutda şəhidlərin Xatirə kompleksinin açılışı olub

Martın 1-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Heydər Əliyev adına Hərbi İnstitutda olub.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin hərbi institutun ərazisindəki büstü önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib. Nazirliyin rəhbərliyi, hərbi institutun zabit, kursant və professor-müəllim heyəti, həmçinin şəhid ailələrinin iştirakı ilə institutun Vətən müharibəsində şəhid olan hərbi qulluqçularının xatirəsinə ucaldılan Xatirə kompleksinin açılış mərasimi keçirilib.

Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin, eləcə də ölkəmizin müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Mərasimdə çıxış edən general-polkovnik Z.Həsənov Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhəbərliyi ilə Vətən müharibəsində qazanılan Şanlı qələbəmizin tarixi əhəmiyyətindən danışıb. Şəhidlərimizin xalqımızın qürur mənbəyi olduğunu diqqətə çatdıran nazir onların valideynlərinə Vətənə layiqli övlad yetişdirdiklərinə görə təşəkkürünü bildirib.

Qeyd olunub ki, hərbi institutdan 549 nəfər hərbi qulluqçu Vətən müharibəsində iştirak edib. Onlardan 10 nəfəri qəhrəmancasına şəhid olub, bir nəfər isə dövlətimizin başçısının müvafiq sərəncamına əsasən "Vətən Müharibəsi Qəhrəmanı" fəxri adına layiq görülüb. Daha sonra şəhidlərin ailə üzvləri çıxış edərək göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkürünü bildiriblər. Övladlarının bütün gənc nəslə nümunə olacaq qəhrəmanlıq və şücaətləri, torpaqlarımızın işğaldan azad edilməsi ilə xalqımızın xoşbəxt gələcəyinə səbəb olmaları ilə hər zaman fəxr etdiklərini bildiriblər. Açılış mərasimindən sonra müdafiə naziri şəhid ailələri söhbət edib, onların qayğıları ilə maraqlanıb və suallarını cavablandırıb. Sonda birgə xatirə şəkili çəkdirilib.

OXŞAR XƏBƏRLƏR
ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

“Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb

XƏBƏR LENTİ
  • 20:16

    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
    ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB
  • 20:10

    Rusiya mənəvi dəyərlərinə dağıdıcı qaydalar tətbiq edən ölkələrin siyahısını təsdiqləyib
  • 20:01

    İsrail ordusu Beyrutda Hizbullah komandiri Aqilin öldürüldüyünü təsdiqləyib
  • 19:37

    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
    BP və SOCAR Xəzərdə iki blok üzrə anlaşma memorandumu imzalayıb
  • 19:23

    “Azəri-Çıraq-Dərinsulu Günəşli”dən sərbəst təbii qaz hasilatı haqqında saziş imzalanıb
  • 19:08

    Azərbaycan və Litva Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti iclası keçirilib
  • 19:02

    Azərbaycan Ordusunda Dövlət Suverenliyi Günü ilə əlaqədar silsilə tədbirlər keçirilib
  • 18:59

    Hizbullah İsrailə raket zərbələri endirib
Menyu