İsveç çempionu olan balıqçı komandası

Əziz Əzizli
İsveç çempionu olan balıqçı komandası

“Mjallby” İsveçin I Futbol Liqasında (Allsvenskan) mövsümün bitməsinə 3 həftə qalmış tarixində ilk çempionluğunu rəsmiləşdirib.

Operativ Media xəbər verir ki, “Mjallby” liqanın 27-ci turunda səfərdə “Göteborq”la qarşılaşıb. “Gamla Ullevi” stadionunda keçirilən oyunda rəqibini 2:0 hesabı ilə məğlub edən “Mjallby” xallarını 66-ya yüksəldərək çempionluğu təmin edib.

Əhalisinin sayı 1500-dən az olan kiçik balıqçı kəndi Hallevikin komandası “Mjallby”nin ən yaxın izləyicisi “Hammarby” 55 xalla ikinci pillədə qərarlaşıb.

“Mjallby” UEFA Çempionlar Liqasının təsnifat mərhələsində çıxış edəcək və 2026–2027 mövsümündə tarixində ilk dəfə Avropa kuboklarında iştirak edəcək.

Digər xəbərlər