Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunun 15 yaşlı cinah hücumçusu Kriştianu Ronaldonun oğlu dos Santos Portuqaliyanın 16 yaşadək futbolçulardan ibarət milli komandasına dəvət alıb.
Operativ Media xəbər verir ki, bu barədə Portuqaliya Futbol Federasiyası məlumat yayıb.
Ronaldo Jr. Türkiyənin Antalya şəhərində Portuqaliyanın gənclərdən ibarət komandasının İngiltərə və Türkiyənin U-16 komandaları ilə beynəlxalq turnirdə iştirak edəcək.