Azərbaycanlı FİFA referisi UEFA Avropa Liqası matçını idarə edəcək

Operativ Media
Azərbaycanlı FİFA referisi UEFA Avropa Liqası matçını idarə edəcək

FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, E.Məsiyev UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək “Genk” (Belçika) - “Betis” (İspaniya) qarşılaşmasının baş hakimi olacaq. Ona Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək. Almaniyalı Robert Şröder VAR, digər həmyerlimiz Nicat İsmayıllı isə AVAR kimi fəaliyyət göstərəcək.

Görüş oktyabrın 23-də Genk şəhərinin eyniadlı stadionunda keçiriləcək.

Digər xəbərlər