Pedri "Barselona"nın oyunundan narazıdır

Əziz Əzizli
Pedri "Barselona"nın oyunundan narazıdır

İspaniya çempionu “Barselona”nın ispan yarımmüdafiəçisi Pedri, İspaniya çempionatının 9-cu turunda “Jirona”ya 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra alman mütəxəssis Hans-Diter Flikin rəhbərlik etdiyi komandanın çıxışını tənqid edib.

Operativ Media xəbər verir ki, bu haqda  AS nəşri məlumat yayıb.

“Komandanın oyunundan narazıyam. Çox şeyi yaxşılaşdırmalıyıq, xüsusən də pressinqi. Ardıcıl iki oyundur ki, gözlədiyimiz səviyyədə çıxış edə bilmirik. Həmçinin daha yüksək tempi təmin etmək və daha çox qol vəziyyəti yaratmaq üçün topa nəzarətimizi yaxşılaşdırmalıyıq. Düşünürəm ki, böyük potensialımız var. Məşqçi ilə bu həftəki oyunumuzu təhlil edib növbəti görüş üçün keyfiyyətimizi artırmalıyıq”.

Digər xəbərlər