Azərbaycan millisinin və “Qarabağ”ın sabiq hücumçusu Vüqar Nadirov 2-ci Liqa təmsilçisi “Şəmkir”in baş məşqçi postunu tərk edib.
Operativ Media xəbər verir ki, o, Fanat.az-a açıqlamasında liqanın 6-cı turu çərçivəsində dünən evdə “Qaradağ Lökbatan”dan alınan 0:1 hesablı məğlubiyyətin ardından rəhbərliklə vəziyyəti müzakirə edərək əməkdaşlığa son qoyduqlarını bildirib.
Qeyd edək ki, 6 oyuna 9 xal toplayan “Şəmkir” hazırda turnir cədvəlinin 6-cı pilləsində qərarlaşıb. Nadirov 2024-cü ilin yayından qərb təmsilçisinin “sükanı arxasında” idi. Komanda onun rəhbərliyi altında 2024/25 mövsümünü 5-ci pillədə başa vurmuşdu. Millinin keçmiş forvardı bu ilin yayında baş məşqçi vəzivəsindən ayrılsa da, sonradan “Şəmkir”ə qayıtmışdı.