Astanada Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbərlik iclası keçirilib

Operativ Media
Astanada Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbərlik iclası keçirilib

Qazaxıstanın paytaxtı Astana şəhərində Türkdilli Ölkələrin Şahmat Assosiasiyasının rəhbər şəxslərinin iclası keçirilib. 

Operativ Media  xəbər verir ki, toplantıda ilk çıxış edən FIDE prezidenti Arkadiy Dvorkoviç ölkələr arasında mədəni və idman əlaqələrinin genişlənməsində şahmatın xüsusi rol oynadığını bildirib. 

İclas zamanı təşkilatın nizamnaməsinin hazırlanması və növbəti il üçün təqvim müzakirə olunub. Eyni zamanda katibliyin idarə olunması o cümlədən təşkilatın maliyyələşməsi ilə bağlı təkliflər irəli sürülüb. 

Ötən il Beynəlxalq Şahmat Federasiyasına üzv qəbul edilən təşkilata hazırda Türkiyə Şahmat Federasiyası rəhbərlik edir. 2026-cı ildən isə Türkdilli Ölkələrin Şahmat Assosiasiyasında sədrlik Qazaxıstan Şahmat Federasiyasına ötürüləcək.  

İclasda təşkilatın katibliyinə rəhbərlik Azərbaycan Şahmat Federasiyasının baş katibi İlahə Qədimovaya həvalə olunub. 

Qeyd edək ki, Türkiyə 6-14 dekabr tarixlərində Qaziantep şəhərində 16 yaşlılar arasında türkdilli ölkələrin şahmat üzrə komanda yarışını təşkil edəcəyini elan edib.

Digər xəbərlər