Azərbaycanlı hakim-inspektor UEFA-dan 3 oyuna təyinat aldı

Operativ Media
Azərbaycanlı hakim-inspektor UEFA-dan 3 oyuna təyinat aldı

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Operativ Media xəbər verir ki, o, 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində 10-cu qrupun 3 oyununda fəaliyyət göstərəcək. B. Quliyev oktyabrın 28-də Bolqarıstan – Slovakiya, 31-də İsveçrə - Bolqarıstan oyunlarının hakim-inspektoru, noyabrın 3-də isə San Marino – Bolqarıstan matçının həm hakim-inspektoru, həm də nümayəndəsi olacaq.

Qrupun qarşılaşmaları Slovakiyada təşkil olunacaq.

Digər xəbərlər