“Mançester Siti”nin baş məşqçisi Xosep Qvardiola Çempionlar Liqasının ümumi mərhələsinin 3-cü turunda “Vilyarreal” üzərində 2:0 hesabı ilə qazandıqları qələbə haqda danışıb .
Operativ Media xəbər verir ki, o bildirib ki, ikinci hissədə rəqib 20 dəqiqə ərzində daha üstün oynayıb.
“Yaxşı oynadıq, hətta çox yaxşı. Doğrudur, ikinci hissənin 20 dəqiqəlik bir hissəsində onlar bizdən üstün idi. Amma hər şey qaydasındadır, əhval-ruhiyyə əladır, hər şeydən çox məmnunam. “Siti” vacib anda qollarını vurdu. İndi bizi Çempionlar Liqasında iki ev oyunu gözləyir. Hər matçda meydana çıxıb üç xal qazanmalıyıq. Turnirdə uğurlu çıxışı davam etdirmək üçün xal toplamağa davam etməli olduğumuzu anlayırıq”, – Qvardiola qeyd edib.