01 Mart 2023, 21:29
Lukaşenko Çinin sülh planını dəstəkləyir
Lukaşenko Çinin sülh planını dəstəkləyir şəkil
Lukaşenko Çinin sülh planını dəstəkləyir

Belarus Prezidenti Aleksandr Lukaşenko Pekində Çin lideri Si Cinpinlə görüşüb.

"Operativ Media" xəbər verir ki, görüş zamanı digər məsələlərlə yanaşı Ukraynadakı müharibə də müzakirə olunub.

Lukaşenko Pekinin Ukraynada münaqişənin sülh yolu ilə nizamlanması təşəbbüsünü tam dəstəklədiyini bildirib.

"Bugünkü görüşümüz yeni, qeyri-adi yanaşmalar və məsuliyyətli siyasi qərarlar tələb edən çox çətin bir zamanda keçirilir", - Lukaşenko deyib.

Xatırladaq ki, Çin Ukraynadakı müharibənin bütün tərəflərini hərbi əməliyyatları dayandırmağa və “soyuq müharibə zehniyyətindən əl çəkməyə” çağırıb.

Pekin hesab edir ki, sülh danışıqlarına başlamaq, birtərəfli sanksiyalara son qoymaq, həmçinin Ukrayna taxılının ixracına zəmanət vermək və strateji riskləri azaltmaq lazımdır. Sənəd “Ukrayna böhranının siyasi həlli ilə bağlı Çinin mövqeyi” adlanır.

Son xəbərlər
Suriya neft və qaz yataqlarının işlənməsində Azərbaycandan kömək istəyir
"Qalatasaray" "Bodrumspor"u əliboş yola saldı
Mehriban Əliyeva "Sea Breeze"də həyata keçirilən layihələrlə tanışlıq barədə video paylaşıb
18 Aprel 2025, 23:47
Azərbaycan ordusunda xidmət edən əsgərlərə hərbi təhsil imkanı yaranıb
Rusiya XİN: Ukraynadakı NATO kontingentinin mənfi nəticələri olacaq
ABL: "Sabah" "Sərhədçi"ni məğlub etdi
"Çelsi" "Bavariya"nın müdafiəçisi ilə maraqlanır
Məhkəmədə Ermənistanın törətdiyi Xocalı soyqırımı ilə bağlı dəhşətli videomateriallar nümayiş etdirilib