http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

Cəlilabadda narkokuryerlik edən şəxslər saxlanılıb

02 Mart 2023 , 09:12
Cəlilabadda narkokuryerlik edən şəxslər saxlanılıb

Cəlilabadda keçirilən əməliyyat tədbirləri nəticəsində xaricdə yaşayan narkotacirlər tərəfindən nakokuryerliyə cəlb olunan 4 nəfər saxlanılıb. Onlardan ümumilikdə 13 kiloqramdan artıq müxtəlif növ narkotik vasitələr aşkarlanaraq götürülüb. 

DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan "Operativ Media"ya verilən məlumata görə, Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri zamanı rayon sakini, əvvəllər məhkum olunmuş Nəsib Quliyev saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki torbadan ayrı-ayrı bağlamalarda ümumilikdə 2 kiloqram 800 qram heroin, 5 kiloqrama yaxın həşiş qətranı və 4 kiloqram 265 qram marixuana aşkarlanaraq götürülüb. İlkin araşdırma zamanı onun həmin narkotik vasitəni xaricdə yaşayan narkotacirin göstərişi əsasında müxtəlif yerlərə çatdırmalı olduğu müəyyən edilib. 

Digər əməliyyat zamanı isə Sumqayıt şəhər sakinləri Rəsul Mədətov, Salman Cəfərov və Rusif Talıbov Cəlilabad şəhəri ərazisində sonuncunun idarə etiyi “Mercedes” markalı avtomobildə saxlanılıblar. Həmin nəqliyyat vasitəsinə keçirilən baxış zamanı oradan 1 kiloqram 400 qram heroin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.

OXŞAR XƏBƏRLƏR
Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Bakıda 16 mərtəbəli binada yanğın baş verib

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

ABŞ Azərbaycana iki minaaxtaran it göndərib - YENİLƏNİB

XƏBƏR LENTİ
  • 23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • 23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • 22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • 22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • 22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • 21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • 21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • 20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu