Laçında növbəti əmək yarmarkası keçiriləcək

Operativ Media
Laçında növbəti əmək yarmarkası keçiriləcək

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi Laçın şəhərində növbəti əmək yarmarkası keçirəcək.

Operativ Media xəbər verir ki, tədbir oktyabrın 29-u Laçın şəhərində Azərbaycan Prezidentinin İşlər İdarəsinin "Laçın" istirahət kompleksində təşkil olunacaq.

İstirahət kompleksinin dəstəyi ilə keçiriləcək yarmarkada 20 işəgötürən tərəfindən mühəndis-mexanik, baş mühasib, sürücü, aşpaz, qazanхаnа оperаtоru, nasos qurğularının maşinisti, yanğınsöndürən xilasedici və s. iş yerləri üzrə 121 vakansiya təqdim ediləcək.

Aktiv məşğulluq tədbirində təqdim olunan vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq. Həmçinin, işsiz və işaxtaran şəxslərə agentliyin aktiv məşğulluq proqramları və bu proqramlara müraciət qaydaları barədə də məlumat veriləcək.

Digər xəbərlər