Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
Nərmin Qocamanlı
Fevralın 28-də saat 11 radələrində Abşeron rayonunun Sulutəpə qəsəbəsi ərazisində manevr qaydasını pozan “KİA” markalı avtomobil *Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.
Sürücü, Bakı şəhər sakini Eldar Bağıyev şübhə doğurduğundan tibbi müayinədən keçirilməsi təmin edilib. Müayinənin nəticəsinə əsasən, onun narkotik vasitənin təsiri altında olması müəyyən olunub.
Avtomobil duracağa yerləşdirilib, E.Bağıyev barəsində İnzibati Xətalar Məcəlləsinin 333.1-ci maddəsinə əsasən inzibati protokol tərtib olunub.
Şəxsi axtarış zamanı ondan 7 qrama yaxın marixuana da aşkar olunaraq götürülüb.
Araşdırma aparılır.
Teqlər:
"Narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb"