"Betis""Fənərbaxça"nın yarımmüdafiəçisini transfer etmək istəyir
Operativ Media
"Betis" "Fənərbaxça"dan icarəyə götürdüyü Sofian Amrabatla bağlı qərar verib.
Operativ Media xəbər verir ki, İspaniya klubu mərakeşli yarımmüdafiçinin transfer hüquqlarına yiyələnmək istəyir. Bu barədə "Fichajes" nəşri məlumat yayıb.
"Ağ-yaşıllar" 29 yaşlı dayaq yarımmüdafiəçisi üçün İstanbul nəhənginə 10 milyon avro təklif edəcək.
Qeyd edək ki, "Betis" Sofian Amrabatı mövsümün əvvəlində icarəyə götürüb. Mərakeş millisinin üzvü La Liqa təmsilçisinin heyətində 6 rəsmi matçda meydana çıxıb.