Bakıda mənizllərin birinddən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyaları oğurlanıb
Nərmin Qocamanlı
Səbail rayonunun Badamdar qəsəbəsindəki mənzillərin birindən oğurluq edilməsi barədə 41-ci Polis Bölməsinə məlumat daxil olub.
DİN mətbuat xidmətindən "Operativ Media"ya verilən məlumata görə, polis əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılıb və ötən ilin dekabr ayından cari il fevralın 26-dək olan müddətdə mənzildən 120.000 ABŞ dolları dəyərində qızıl-zinət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması məlum olub.
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğun Bakı şəhər sakinləri S.Rzabəyli və tanışı E.Ağayev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən olunub və onlar saxlanılıblar.
Araşdırma aparılır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net