Ana səhifə / İdman / Azərbaycanın yeniyetmə boksçuları Avropa çempionatının hazırlığına başlayıblar Azərbaycanın yeniyetmə boksçuları Avropa çempionatının hazırlığına başlayıblar 28.10.2025, 17:37 Operativ Media Azərbaycanın yeniyetmə oğlanlardan ibarət boks millisi təlim-məşq toplanışına başlayıb. Bu barədə Operativ Media-ya Azərbaycan Boks Federasiyasından məlumat verilib. Hazırlıq Şamaxıda keçirilir. Toplanışa ölkənin ən güclü boksçuları cəlb olunublar. Məşqlərdə əsas diqqət fiziki hazırlığa yönəlib. Vaqif Kazımovun baş məşqçisi olduğu milli Şamaxıda noyabrın 6-dək hazırlıq keçəcək. Komanda taktiki-texniki məşqləri Sumqayıtda davam etdirəcək. Qeyd edək ki, toplanış Almaniyada keçiriləcək U-17 Avropa çempionatına hazırlıq xarakteri daşıyır. Genitor İdeyanı yaz —dəqiqələr içində saytın olsun. ›restoranım üçün sayt Pulsuz başla →Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma Saytın hazırlanır… CANLI restoran.genitor.net Genitor