COP29 Sədrliyi Fransaya yollanıb. Səfərin məqsədi Paris Sülh Forumunda iştirak, Paris Sazişinin onillik yubileyini qeyd etmək və sazişin ikinci onilliyində iqlim sahəsində irəliləyişlərin necə təmin oluna biləcəyini müzakirə etməkdir.
Operativ Media COP29-un sosial şəbəkələrdə rəsmi səhifəsinə istinadla xəbər verir ki, forum çərçivəsində keçiriləcək tədbirlərdə iqlim dəyişmələri ilə mübarizə, qlobal həmrəylik, yaşıl keçid və dayanıqlı inkişaf istiqamətində görüləcək addımlar diqqət mərkəzində olacaq.
Paris Sülh Forumu beynəlxalq əməkdaşlığın gücləndirilməsi və qlobal problemlərin birgə həllinə yönəlmiş mühüm platforma hesab olunur.
İştirak çərçivəsində COP29 Sədrliyi bir sıra ikitərəfli görüşlər keçirməyi və iqlim gündəliyinə dair prioritet istiqamətləri müzakirə etməyi planlaşdırır.






