Astarada 17 yaşlı yeniyetmə toyundan sonra ölüb

Operativ Media
Astarada 17 yaşlı yeniyetmə toyundan sonra ölüb

Astarada dünən toyu olan 17 yaşlı qız ölüb.

Operativ Media APA-ya istinadən xəbər verir ki, Astara rayon sakini 2008-ci il təvəllüdlü Ə.İ.-nin dünən Deqədi kəndində şadlıq sarayında toyu olub.

Toydan sonra o, özünü pis hiss edib və təcili olaraq Astara rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub.

Həkimlərin səylərinə baxmayaraq, onu xilas etmək mümkün olmayıb.

Ə.İ.-nin hamilə olduğu bildirilir.

Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Digər xəbərlər